Xəbərlər və yeniliklər
Xidmətlərimizlə bağlı ən son yeniliklər və müxtəlif mövzularda mətumatlandırıcı bloqlar burada!
Amerika Anbarı Yeniləndi!
19.05.2026Əziz müştərilərimiz,
Sizin etimadınız və məmnuniyyətiniz bizim üçün hər zaman prioritet olub. Məhz buna görə də xidmət keyfiyyətimizi daha da yüksəltmək üçün ABŞ-da artıq öz şəxsi anbarımızı istifadəyə verdik.
ABŞ ünvanımızın yenilənməsi ilə əlaqədar olaraq, 15 İyul tarixinə qədər köhnə anbar ünvanına daxil olan bağlamalar yeni ABŞ anbarımıza transfer ediləcək.
Müddəti başa çatdıqdan sonra köhnə anbar ünvanına göndərilən bağlamalara görə Dynamex məsuliyyət daşımayacaq.
Bağlamalarınızın gecikmədən və problemsiz çatdırılması üçün sifariş verərkən yeni ABŞ ünvanımızdan istifadə etməyinizi xahiş edirik.
Yeni ABŞ anbar ünvanımız:
62F Southgate Blvd, Suite F
New Castle, DE 19720
United States
Dynamic Express – Dünyanı sizə daha da yaxınlaşdırır.


